AZ

Çin bu ölkənin hərbi helikopterinə müdaxilə etdi, gərginlik yarandı

Çin döyüş təyyarəsinin Avstraliya hərbi helikopterinə müdaxiləsi qəbuledilməzdir.

Publika.az xəbər verir ki, Avstraliyanın baş naziri Entoni Albaniz bildirib.

Avstraliya ilə Çin arasında gərginlik artıb. Avstraliyanın müdafiə naziri Riçard Marles Çin Hərbi Hava Qüvvələrinə məxsus J-10 tipli döyüş təyyarəsinin Avstraliyanın MH-60R tipli hərbi helikopterinin yaxınlığında raket atdığını bildirib.

Nazir MH-60R təyyarəsinin BMT-nin Şimali Koreyaya qarşı sanksiyalarını tətbiq etmək üçün əməliyyat apardığını deyib. Albaniz hərbi helikopterin Çin Hərbi Hava Qüvvələri tərəfindən beynəlxalq hava məkanında təhlükə altına düşməsinin qəbuledilməz olduğunu qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
1
publika.az

2Mənbələr