Meqastar Tarkanın həyat yoldaşı Pınar Dileklə evliliyindən 8 il ötür.
BAKU.WS xəbər verir ki, sənətçi evliliyinin 8-ci il dönümünü Pınarla qayıqda qeyd edib.
Türkiyə mətbuatında ifaçı ilə həyat yoldaşının qayıqda lentə alınan görüntüləri yayılıb.
Xatırladaq ki, Tarkan Pınar Dileklə 2016-cı ildə ailə qurub. Cəmi 40 adamın qatıldığı toy Tarkanın Tarabyadakı villasında baş tutub.
Cütlük toydan 5 il əvvəl Tarkanın Almaniyadakı konserti zamanı tanış olub, eşq yaşamağ başlayıb. Hazırda onların iki övladı var.