AZ

Putin orduya əmr verdi, Medvedev isə Qərbi nüvə ilə hədələdi- qaçmağa yeriniz olmayacaq...

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Image

İki ildən artıqdır ki, Ukrayna ilə müharibə vəziyyətində olan Rusiya ilə Qərb arasında gərginlik getdikcə daha da artır. Son məlumatlara görə, Qərb dövlətlərinə və ABŞ-a gözdağı vermək istəyən istəyən Rusiya lideri Putin Rusiya Müdafiə Nazirliyinə taktiki nüvə silahı ilə təlim keçirməyi tapşırıb.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, təlimin məqsədi “bəzi Qərb dövlət rəsmilərinin Rusiya Federasiyasına qarşı təxribat xarakterli bəyanatlarına və təhdidlərinə cavab olaraq” Rusiyanın ərazi bütövlüyü və suverenliyini təmin etməkdir.

Açıqlamada Cənub Hərbi Bölgəsinin raket, hava və dəniz birləşmələrinin təlimə qatılacağı bildirilib. Ancaq təlimin nə vaxt keçiriləcəyi açıqlanmayıb. O da qeyd edilir ki, təlimlər Ukrayna yaxınlığında keçiriləcək.

Bu arada, Rusiyanın keçmiş lideri, hazırda Milli Təhlükəsizlik Şurasının sədr müavini, Putinin sağ əli olan Dmitri Medvedev növbəti dəfə Qərbi təhdid edib.

Qərb ölkələrinin Rusiyanın nüvə addımlarına diqqət yetirməli olduğunu deyən Medvedev Ukraynadakı müharibənin çox ciddi nəticələri ola biləcəyini bəyan edib.

Avropa bəzi liderlərin “Ukraynada NATO qüvvələri yerləşdirilə bilər” bəyanatlarına təhdidlərlə cavab verən Medvedev, Rusiyanın bu addımlara birbaşa cavab verə biləcəyini bildirib. Medvedev ABŞ, İngiltərə və Fransa hökumətlərinə Ukraynaya yardım göndərəcəkləri təqdirdə ölkələrinə nüvə hücumu edəcəklərini bildirib: “Ukraynaya qoşun yeridilsə, Vaşinqtona, Londona və Parisə nüvə hücumu olacaq”.

“Onların ABŞ Konqresində, Yelisey sarayında və Dauninq-stritdə (Böyük Britaniya baş nazirinin ofisi) qaçmağa yerləri olmayacaq”, - Medvedev bildirib.

Rusiya səfiri Qriqori Maşkov isə bildirib ki, ölkəsi ABŞ və müttəfiqləri ilə birbaşa üz-üzə gəldiyi bir mühitdə Qərb ölkələrinin qarşısını almaq üçün raket arsenalını artırmalı olacaq.

"Hazırda üzləşdiyimiz şey, ümid edirəm ki, bu, birbaşa silahlı münaqişə ilə nəticələnməyəcək", - Maşkov RİA xəbər agentliyinə deyib.

Maşkov bildirib ki ki, potensial düşmənləri Rusiyanın gücünü sınamaqdan çəkindirmək üçün Rusiyanın müdafiə qabiliyyətini gücləndirmək, o cümlədən raket arsenalını artırmaq üçün əlavə addımlar atacaq.

Rusiya və ABŞ diplomatlarına görə, Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya müdaxiləsi 1962-ci ildə Kuba raket böhranından sonra Rusiya-Qərb münasibətlərində ən dərin böhrana səbəb oldu.

ABŞ-ın hesablamalarına görə, silah istehsalını artıran Rusiya bu il NATO-nun 32 üzvündən daha çox ağır silah istehsal edəcək.

TAHİR






Seçilən
247
50
1

1Mənbələr

Şərh ()
Bağla