Rusiya xarici işlər naziri Sergey Lavrov Səudiyyə Ərəbistanının xarici işlər naziri Ben Farhan Al Səud ilə ölkələr arasında əlaqələrin gələcək inkişaf perspektivlərini və Fələstin-İsrail münaqişəsi zonasında vəziyyətin gərginləşməsini müzakirə edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bildirib .
“İki ölkənin xarici işlər idarələrinin rəhbərləri Rusiya-Səudiyyə münasibətlərinin gələcək inkişaf perspektivlərini müzakirə ediblər ”, - məlumatda qeyd olunub.