AZ

Taksi fəaliyəti üçün icazələrin verilməsinə başlanıldı

Artıq 600-dən çox sürücü Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edərək taksi fəaliyyəti üçün icazələr əldə edib.

Bu barədə Publika.az-a AYNA-dan bildirilib.

Məlumata görə, uzun illərdən sonra taksi fəaliyyəti üçün icazələrin (“Buraxılış vəsiqəsi” və “Buraxılış kartı”) alınmasına başlanılıb.

İcazələrin verilməsi AYNA tərəfindən yaradılan “AYNA” informasiya sisteminin “Daşıyıcılar” altsistemi üzərindən elektron qaydada həyata keçirilir. İstifadəçilər bu linkə daxil olaraq, avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımaları sahəsində icazənin verilməsi üçün müraciət bölməsini seçməlidirlər. Elektron sistem müvafiq dövlət orqanlarının informasiya sistemlərinə inteqrasiya edildiyindən tələb olunan sənədlərin sayı minimuma endirilib, digər dövlət orqanlarının informasiya sistemlərindən əldə edilməsi mümkün olmayan məlumatlarla bağlı sənədlərin skan edilmiş surətinin müraciətə əlavə edilməsi imkanı yaradılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
29
publika.az

10Mənbələr