AZ

Taksidən istifadə edənlərin sayı artır, yoxsa azalır? – Son 7 ilin məlumatları

Ötən il Azərbaycanda müxtəlif nəqliyyat vasitələri ilə 1 milyard 923,7 milyon sərnişin daşınıb.

Valyuta.az Yeniavaz.com-a istinadən xəbər verir ki, sərnişin daşınması əvvəlki illə müqayisədə 18,7% artıb.

Qeyd edək ki, ötən il ərzində daşınan sərnişinlərin 2,8%-i və ya 54,2 milyonu fiziki şəxslərə (fərdi sahibkarlara) məxsus taksilərin xidmətindən istifadə edib. 

Fiziki şəxslərə məxsus taksidən istifadə edən sərnişinlərin sayı son bir ildə 9,4% artıb. Lakin, sərnişinlərin ümumi sayına nisbətdə taksidən istifadə edənlərin payı azalıb. Belə ki, 2022-ci il ərzində daşınan sərnişinlərin 3,1%-i və ya 49,6 milyonu fiziki şəxslərə (fərdi sahibkarlara) məxsus taksilərin xidmətindən istifadə edib.

Son 7 ildə sərnişinlərin ümumi sayı və taksidən istifadə edənlərin sayı aşağıdakı kimi olub:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
3
valyuta.az

4Mənbələr