AZ

Səhnədə Ruhidən 100 dollar alan “Bu şəhərdə”nin aktyorları o pulu hara xərcləyib? – VİDEO 

“Bu şəhərdə” estrada teatrının üzvləri, Əməkdar artistlər Rafael İsgəndərov və Coşqun Rəhimov səhnədə aldıqları nəmərdən söz açıblar. 

Bizim.Media xəbər verir ki, bu haqda onlar qonaq olduqları “Rəngarəng səhər” verilişində danışıblar. 

Rafael bildirib ki, səhnədə limon satan xanımı canlandıran Coşquna iş xanımı Ruhi Əliyeva 1 ədəd limona 100 dollar pul verib: 

“Ona limon satdığına görə 1 manat da, 100 dollar verən də olmuşdu. Ruhi xanım 100 dollar pul vermişdi. Bu, maksimum məbləğ idi. Coşqun həmin o 100 dolları xeyriyyə məsələsinə verdi”. 
“Bu şəhərdə”nin ssenaristi Müşfiq Abbasov isə 100 dolları konsertin banketinə xərclədiyini vurğulayıb. 
 


Rəşad Əliyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
50
bizim.media

10Mənbələr