AZ

Naxçıvanda Dövlət Peşə Təhsil Mərkəzi publik hüquqi şəxsi yaradıldı

Bakı. Trend:

“Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəNaxçıvan Dövlət Peşə Təhsil Mərkəzi” publik hüquqi şəxsiyaradılıb.

Trend xəbər verir ki,Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisi sədrinin müavini Anarİbrahimov mayın 7-də Naxçıvan Muxtar Respublikası (MR) TəhsilNazirliyinin tabeliyində olan peşə təhsili müəssisələrininfəaliyyətinin təkmilləşdirilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi publikhüquqi şəxsi və Naxçıvan Şəhər Peşə Liseyinin birləşdirilməsi vəonların bazasında “Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinintabeliyində Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzi” publik hüquqişəxsin yaradılması qərara alınıb.

Bundan başqa, Fərmana uyğun olaraq, Şərur Texniki Peşə vəSürücülük Məktəbi “Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinintabeliyində Şərur Peşə Liseyi” adlandırılaraq publik hüquqi şəxsəçevrilib.

Həmçinin Ordubad Texniki Peşə və Sürücülük Məktəbi “Naxçıvan MuxtarRespublikası Təhsil Nazirliyinin tabeliyində Ordubad Peşə Liseyi”adlandırılıb və publik hüquqi şəxsə çevrilib.

Fərmanın icrası ilə əlaqədar Muxtar Respublikanın müvafiq dövlətorqanları üçün vəzifələr müəyyən edilib.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
11
az.trend.az

9Mənbələr