Azərbaycanda uzun illərdən sonra taksi fəaliyyəti üçün icazə sənədlərinin (“Buraxılış vəsiqəsi” və “Buraxılış kartı”) alınmasına başlanılıb. Avtosfer.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata görə, artıq 600-dən çox sürücü AYNA-ya müraciət edərək icazələri əldə edib.
Qeyd edək ki, avtomobilin istehsal ili 15 ildən artıq olduqda və sürücünün sağlamlıq haqqında sənədi, eləcə də sürücü təlim mərkəzindən sertifikatı olmadıqda “Buraxılış vəsiqəsi” və “Buraxılış kartı” verilmir.
Emin
FOTO QALEREYA