AZ

Tərtərdə şagirdlər arasında DAVA: 1 nəfər öldü

Tərtər şəhər 2 saylı orta məktəbin qarşısında insident qeydə alınıb.

"Tehsil.biz"in məlumatına görə, həmin məktəbin şagirdi olan 2009-cu il təvəllüdlü oğlanla başqa məktəbin şagirdi olan həmyaşıdı arasında baş verib.

lbəyaxa dava zamanı yeniyetmələrdən biri ağır xəsarət alıb.

Xəsarət alan 15 yaşlı məktəbli ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, vəfat edib.

Hadisə ilə bağlı Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

“Mayın 6-da Tərtər rayonu ərazisində iki məktəbli arasında baş vermiş mübahisədən qısa müddət sonra onlardan birinin huşunu itirməsi və aparıldığı xəstəxanada ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb, hazırda ibtidai istintaq aparılır”, - məlumatda bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
2
tehsil.biz

4Mənbələr