AZ

Şuşanı azad edənlərdən ermənilərin intiqamını sanksiyalarla almağa çalışırlar

“Ümummilli Liderin və cənab Prezidentin dövründə 70-ə yaxın əfv sərəncamı imzalanıb, 13 amnistiya aktı həyata keçirilib”.

Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, insan hüquqlarına diqqət, qayğı Ümummilli Lider Heydər Əliyev, Prezident İlham Əliyev və Heydər Əliyev Fondu tərəfindən daim diqqət mərkəzində olub: “Bu gün insan hüquqları dünyada beynəlxalq hüququn prinsipi deyil. Ayrı-ayrı dövlətlərin digər dövlətlərə qarşı öz məkrli niyyətlərini həyata keçirmək üçün əllərində alətə çevrilib. İnsan hüquqları ilə bağlı bu və ya digər formada Azərbaycan haqqında qərarlar qəbul edilir, sanksiyalar tətbiq edilməsi təklif edilir. Onların sanksiyaları heç bir əhəmiyyət daşımır. Bu gün Azərbaycan dövlətçiliyinə ləyaqətlə xidmət göstərən insanlara qarşı sanksiya tətbiq edilməsi tələb olunur. O insanlara qarşı bu addımlar atılır ki, onlar Şuşanın alınmasında canıyla, qanıyla iştirak ediblər. Ermənilərin intiqamını onlardan indi də belə almağa çalışırlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
200
3
demokrat.az

10Mənbələr