AZ

Heydər Əliyevin müəllifi olduğu Azərbaycançılıq ideologiyası bizim milli kimliyimizdir - Kamal Cəfərov

Yazını böyüt
Yazını kiçilt

“Bu gün xalq olaraq əldə etdiyimiz zəfər və uğurların təməlində Heydər Əliyev siyasəti dayanır. Onun müəllifi olduğu Azərbaycançılıq ideologiyası isə bizim milli kimliyimizdir. Millət olaraq qarşılaşdığımız ən böyük sınaq göstərdi ki, milli kimlik bütün dəyərlərdən, hətta dini kimlikdən öndə gəlir və bu ən uğurlu modeldir".

Hafta.az xəbər verir ki, bunu deputat Kamal Cəfərov Milli Məclisin bugünkü iclasında ulu öndər Heydər Əliyevin 101-ci il dönümü ilə bağlı bildirib:

“Böyük və qüdrətli Azərbaycana doğru əmin addımlarla irəliləmək üçün məhz bu idarəetmənin əsasında dövlət kimlimiyimizi bəyan etməli və bütün qüvvələri bu kimlik ətrafında birləşdirməliyik.

Bu dövlət kimliyi inkluzivdir, gələcək inkişaf üçün ictimai və siyasi plülarizmi təşviq edir. Ona görə ki, Əliyev idarəçilik ideyası dövlət kimliyinin təməli kimi siyasi və hüquqi konstruksiyadan irəli bir anlayışdır”.

Deputat bildirib ki, bu dövlət kimliymiz AXC irsinin gördüyü böyük işləri yüksək qiymət verir. O, eyni zamanda İrəvan xanlığının ermənilərə hədiyyə verilməsini cinayət kimi qiymətləndirib.

“Bu fikirlərin arxasındakı hədəf heç vaxt diskriminasiya deyil, əksinə tarixdən düzgün nəticə çıxarmağı və gələcək nəsilləri tərbiyə etməkdir. Bu dövlət kimliyi AXC-Müsavat cütlüyünə də öz qiymətini verərkən məqsədi gənc nəslə xatırlatmaqdır ki, məsuliyyətsizlik, hakimiyyət uğrunda hər yola getmə, xəyanət işğala, hərc-mərcliyə səbəb olubdur ki, biz xalq olaraq uzun illər bunun əziyyətini çəkmişik”.

K.Cəfərov hesab edir ki, Heydər Əliyev idarəetməsi əsasında qurulan dövlət kimliyi gələcək rifahımızın yol xəritəsidir.
“Hədəfimiz daha qüdrətli və böyük Azərbaycandır. Qalib xalqın bütün təsisatları bu ideya ətrafında dəmir yumruq kimi birləşməlidir. Ölkəmizin başçısı, müzəffər ali baş komandan İlham Əliyevin bütün təşəbbüsləri də məhz ideyaya xidmət edir. Ona görə də hər birimiz fərd olaraq, özümüzə sual etməliyik qüdrətli və böyük Azərbaycan üçün dünən nə etmişik, bu gün nə edirik və sabah nə edəcəyik. Çıxdığımız bu yolda, bəyan etdiyimiz dövlət kimliyi hər birimizi birləşdirən əsas dəyər və çağımızın ideyası olmalıdır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
1
hafta.az

2Mənbələr