AZ

Almaniya ilə Rusiya arasında qalmaqal: Berlin səfiri geri çağırdı

Almaniya Rusiyadakı səfirini geri çağırıb və Moskvanı Almaniyanın hərbi-sənaye və aerokosmik müəssisələrinə qarşı kiberhücumlarda, habelə hakim partiyaya qarşı hərəkətlərdə ittiham edib.

Publika.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin mətbuat katibi məlumat verib. "Xarici işlər naziri səfir Qraf Lambsdorffu məsləhətləşmələr üçün Berlinə çağırdı", - məlumatda deyilir.

Sözçünün sözlərinə görə, kiberhücumların arxasında Rusiyanın hərbi kəşfiyyat idarəsi GRU ilə əlaqəsi olan APT 28 qrupu dayanır. Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib ki, Lambsdorff ən azı bir həftə Berlində qalacaq, bundan sonra Moskvaya qayıdacaq.

Rəsmi Berlinin təqdimatına görə, iki il əvvəl başlayan kiberhücumlar Almaniyanın hakim Sosial Demokrat Partiyasına, eləcə də logistika, hərbi sənaye, aerokosmik və informasiya texnologiyaları ilə məşğul olan alman şirkətlərinə qarşı yönəlib.

“Fancy Bear” kimi tanınan “APT 28”-in e-poçt hesablarını ələ keçirmək üçün “Microsoft Outlook”da bir boşluqdan istifadə etdiyi bildirilir. Alman tərəfinin məlumatına görə, digər ölkələr də hədəfə alınıb: Litva, Polşa, Slovakiya, Çexiya və İsveç.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
1
publika.az

2Mənbələr