AZ

“Milan” portuqaliyalı çalışdırıcı ilə danışıqları yekunlaşdırdı

Mövsümün sonunda Stefano Pioli ilə yolları ayırmaq istəyən “Milan” komandası portuqaliyalı çalışdırıcı ilə razılaşıb.

Məlumata görə, “qırmızı-qaralar” “Portu”nun baş məşqçisi Serjiu Konseysau ilə razılaşıblar.

İtaliya mediası “Milan” rəsmilərinin Stefano Pioli ilə yola davam etmək istəmədiklərini daha əvvəlki açıqlamalarında bildirmişdilər.

Qeyd edək ki, Serjiu Konseysau “Portu” klubu ilə üç dəfə Portuqaliya çempionu olub, üç dəfə Portuqaliya Super Kubokuna və üç dəfə Portuqaliya Kubokuna sahib çıxıb.

Mənbə: todofichajes.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
1
oxu.az

2Mənbələr