AZ

Xəzərin Azərbaycan sektorunda süni torpaq sahələri yaradılacaq

Bakı. Trend:

Milli Məclisin bu gün keçirilən iclasında “Xəzər dənizinin(gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində sünitorpaq sahələrinin yaradılması haqqında” qanun layihəsi müzakirəyəçıxarılıb.

Trend-in məlumatına görə, qanun layihəsində Xəzər dənizinin(gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində sünitorpaq sahələrinin yaradılma formaları müəyyən olunub.

Layihəyə əsasən, süni torpaq sahəsi Xəzər Dənizinin (gölünün)Azərbaycan Respublikasına mənsub olan bölməsində su fondutorpaqlarından ayrılan torpaq sahəsində (bundan sonra su fondutorpaq sahəsi) ayrıca və ya sahilboyu zolağa, adaya, yaxud digərsüni torpaq sahəsinə bitişik formada yaradıla bilər.

Bu qanunun məqsədləri üçün süni torpaq sahəsi dedikdə Xəzərdənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olanbölməsində torpağın və ya qruntun daşınıb tökülməsi, yaxudsəpilməsi yolu ilə və ya başqa üsullardan istifadə olunmaqlayaradılan torpaq sahəsi başa düşülür.

Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq üçüncü oxunuşdaqəbul edilib.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
49
az.trend.az

10Mənbələr