AZ

Azərbaycanda qadın sahibkarların sayı ARTIB

2012-ci ildən etibarən qadın sahibkarların sayında 4 dəfəyədək artım müşahidə olunur. Hazırda ümumi sahibkarlar arasında qadınların payı 22,7 faiz təşkil edir. 2020-ci ildə qadınların orta əmək haqqı kişilərin orta əmək haqqının 63,3 faizini təşkil edirdisə, 2021-ci ildə 64,8 faiz və 2022-ci ildə isə 67,1 faizini təşkil edib.

 

Modern.az xəbər verir ki, bunu “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü Dayanıqlı İnkişaf Məqsədləri (DİM) dialoqunda çıxışı zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

 

Onun sözlərinə görə, Dövlət Komitəsinin gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olaraq Milli Məclisə təqdim etdiyi illik məlumatlarda bu barədə geniş məlumatlar öz əksini tapır.

 

“Xüsusilə son üç ildə qadın işçilərin hüquqlarının genişləndirilməsi ilə bağlı əmək qanunvericiliyinə edilən dəyişiklikləri qadınların nominal əmək haqqının artmasına imkan verən mühüm addımlardan biri hesab etmək olar”, - deyə B.Muradova əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
3
modern.az

4Mənbələr