Tərtərdə mayın 6-da iki məktəbli arasında davadan sonra ölüm faktı ilə əlaqədar cinayət işi başlanılıb.
Redaktor.az-a Baş prokurorluqdan daxil olan məlumata əsasən, iki məktəbli arasında baş vermiş mübahisədən qısa müddət sonra onlardan biri huşunu itirib və aparıldığı xəstəxanada ölüb.
Rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb, hazırda ibtidai istintaq aparılır.
Qeyd edək ki, Tərtər şəhər 2 saylı orta məktəbinin qarşısında iki məktəbli arasında düşən dava onlardan birinin ölümü ilə nəticələnib.
9-cu sinif şagirdləri arasında düşən mübahisə zamanı onlardan biri digərinə yumruqla xəsarət yetirib. Xəsarət alan məktəbli Tərtər rayon mərkəzi xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.