AZ

Türkiyədən növbəti addım - 6-cı nəsil döyüş təyyarəsi hazırlanır

Image

Türkiyədə milli qırıcı KAAN-ın 6-cı nəsil döyüş təyyarəsinə çevrilməsi üzərində işlərə başlanılıb. Bu barədə defenceturk.net məlumat yayıb. “Bizim işimiz KAAN qırıcısının 6-cı nəslə çevrilməsi istiqamətində davam edir. Bu təyyarə gələcəkdə ANKA III hücum PUA-sı və “Şimşək” kamikadze dronunu idarə edəcək təyyarə olacaq”, - deyə Milli Döyüş Təyyarələri layihəsinin baş mühəndisi Emre Yaban bildirib.

Məlumata görə, KAAN qırıcısının pilotu supertexnoloji xüsusi dəbilqədən istifadə edərək PUA-ları havada idarə edəcək. Döyüş uçuşunu yerinə yetirən “mükəmməl üçlük” düşmənin hava hücumundan müdafiə sistemini çaşdıracaq.

Mətləb Salahov






Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
182
5
baki-xeber.com

10Mənbələr