AZ

Arvadını balta ilə öldürən şəxslə bağlı QƏRAR

Gəncə Apellyasiya Məhkəməsində Gədəbəydə xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən Elməddin Abdullayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, şikayət təmin edilməyib.


Xatırlatma: Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 17 il müddətinə azadlıqdan məhrum edilib.


Qeyd: Hadisə 6 dekabr 2022-ci il tarixdə, saat 13 radələrində Gədəbəy rayonunun Şəkərbəy kəndində qeydə alınıb.


Belə ki, həmin gün 1990-ci il təvəllüdlü Könül Abdullayevanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub. Araşdırmalarla zərərçəkmişin əri 1990-cı il təvəllüdlü Elməddin Abdullayevin balta ilə çoxsaylı xəsarət yetirərək Könül Abdullayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.


Məhkəmədə Elməddin Abdullayev ifadəsində bildirib ki, arvadını ona xəyanət etməsindən şübhələndiyi üçün öldürüb.

 

Kamal Məmmədov 

Tarix: 7 May 2024, 09:22   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
15
pravda.az

10Mənbələr