AZ

ABŞ Qırmızı dənizdə husilərin PUA-sını vurub

ABŞ Qırmızı dəniz üzərində husilərə məxsus pilotsuz təyyarənin məhv edildiyini bildirib...Poliqon xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yəmən husilərinin Qırmızı dənizdə buraxdığı pilotsuz uçan aparatı məhv etdiyini açıqlayıb. Agentlik iddia edir ki, PUA bölgədəki ABŞ hərbi gəmiləri və ticarət gəmiləri üçün birbaşa təhlükə yaradıb.“6 may 2024-cü il tarixində saat 10:47-də (Səna vaxtı ilə) ABŞ Mərkəzi Komandanlığı qüvvələri Qırmızı dəniz üzərində İranın dəstəklədiyi husi terrorçuları tərəfindən buraxılan bir pilotsuz uçuş sistemini uğurla hücuma keçirib və məhv edib”, deyə komandanlığın bəyanatında deyilir.Qeyd olunur ki, ABŞ ordusunun həyata keçirdiyi tədbirlər gəmiçiliyin mühafizəsinin təmin edilməsinə və beynəlxalq sularda təhlükəsizliyin gücləndirilməsinə yönəlib.Xatırladaq ki, Husilər hərəkətlərini İsraillə müharibədə Fələstinin HƏMAS hərəkatına dəstək verməklə izah edirlər. Ötən ilin dekabrında ABŞ Qırmızı dənizdə naviqasiya azadlığını təmin etmək üçün çoxmillətli missiyanın işə başladığını elan edib.Poliqon.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
157
5

10Mənbələr