AZ

Eşşəklərə toy etdilər - FOTOLAR

Türkiyənin Antalya şəhərinin Kumluca ərazisində eşşəklər üçün simvolik toy keçirilib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "toy" heyvanların nəslinin tükənməsinin qarşısını almaq və maarifləndirmə məqsədi ilə baş tutub.

Simvolik toy məmuru, toy şahidləri və kənd camaatının iştirakı ilə edilən toyda eşşəklərə gəlinlik və bəy kostyumu da geyindirilib.

Türkiyəli sənətçi Aydın Aydın isə "toy"da türkü səsləndirib, klip çəkdirib.

Daha sonra eşşəklərə kənd muxtarı Halime Kaya tərəfindən beşi bir yerdə qızıl sikkə taxılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
5
publika.az

7Mənbələr