AZ

Türkiyədə serial sektorunda böhran yaşanır

Tarix: 7 May 2024 06:12

Türkiyədə serial sektorunda böhran yaşanır.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, hazırda yaylıq seriallar çəkilmir.
Buna səbəb bu sektorda xərclərin artması olub. Üç il əvvəl 1 və ya 1,5 milyona başa gələn serialların hər seriyasının dəyəri indi 10 milyon lirəni keçib.
Ölkənin hər seqmentində olduğu kimi serial bazarında da istehsal xərcləri, aktyor maaşları, ssenari müəllifi, rejissor və texniki heyət maaşları 10 dəfə artıb. Belə ki, bu il daha çox serial da buna görə final edib.
İddialar arasında dəyişiklik olmazsa, bu il heç bir yay mövsümü serial çəkilməyəcəyi bildirilib.
Digər tərəfdən, iqtisadi böhranın bu ilin sentyabrından başlayacaq yeni mövsüm seriallarına da təsir edəcəyi, saylarının azalacağı bildirilib. Belə ki, 7 günə 7 serial ənənəsi ləğv ediləcək.
Telekanallar daha az serial yayımlayacaq.
Milli.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
2
sonxeber.net

3Mənbələr