AZ

Bizdən xahiş edirlər ki, türk ordusunun bənzərini yaradaq

Dost ölkələr Ankaradan Türkiyə ordusuna bənzər silahlı qüvvələrin yaradılmasına yardım etməyi xahiş edirlər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Baş Qərargah rəisi və hərbi hissələrin komandirlərinin iştirakı ilə keçirilən müşavirədə deyib.

Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələrinin strukturuna bənzər silahlı qüvvələrin formalaşdırılmasına səy göstərilməsinin özü müasir Türkiyənin nüfuzunun və uğurlarının göstəricisidir.

"Bu gün Ankara həm müttəfiq dövlətlərlə birgə strategiyaların işlənib hazırlanmasına, həm də ailəsinin bir hissəsi olduğu türk dövlətlərinin gücünü tam şəkildə ortaya qoymağa çalışır", - nazir vurğulayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
3
milli.az

5Mənbələr