AZ

Ərdoğanla HƏMAS lideri arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla HƏMAS lideri İsmayıl Haniyə arasında telefon danışığı olub.

Bu barədə “Report” “Haber Global”a istinadla xəbər verir.

Danışıq zamanı münaqişənin aradan qaldırılması istiqamətində görülən işlər müzakirə edilib.

Ərdoğan sosial şəbəkə hesabındakı paylaşımında qeyd edib ki, danışıq zamanı Qəzzada qarşıdurmalara və zorakılığa son qoymaq üçün göstərilən səyləri müzakirə edib: “HƏMAS-ın vasitəçilərdən aldığı atəşkəs təklifini bəyənməsini qiymətləndirdik. Türkiyənin təklifləri əsasında HƏMAS-ın qərarını müsbət qiymətləndirdiyimizi ifadə etdiyim danışıqda İsrailin daimi atəşkəs üçün addımlar atmasının zəruri olduğunu da vurğuladıq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
8
azpolitika.info

10Mənbələr