AZ

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – ŞOK VİDEO

Ermənistanda sərhədimizdən - Kirants kəndindən başlayan və İrəvana istiqamətlənən yürüşlə bağlı sensasion video yayılıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, hərbi geyimli yürüş iştirakçısının Tiktokda canlı efirdə Qarabağ ermənilərinin də etirazlara qatılaraq, silah gətirəcəklərini dediyi bildirilir.

Videoda belə bir danışıq aparıldığı iddiası var:

- Qardaş, bilirəm, biz də gələcəyik, qarabağlılar da yığışacaq.

- Hamı hazırlaşsın, sabah sizə qoşulacam. Xəstəxanada bəzi xırda şeylər var, mən onu həll edəcəm.

- Hətta gizli silahlar da gətirə bilərik...

- Heç kimə heç nə demə!

Qeyd edək ki, İrəvana istiqamətlənən yürüşə arxiyepiskop Baqrat rəhbərlik edir. Yürüş iştirakçıları demarkasiya prosesinin dayandırılmasını tələb edilər.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
6
milli.az

10Mənbələr