Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII tur başa çatıb.BUTA.TV xəbər verir ki, turun son görüşündə "Səbail" "Qəbələ"ni qəbul edib. Görüşdə Qəbələ təmsilçisi 3:2 hesablı qələbə qazanıb. Bu nəticənin ardından autsayder “Qəbələ” xal ehtiyatını 20-yə yüksəldib. "Səbail" isə 45 xalda qalıb. Qeyd edək ki, XXXIII turun digər görüşlərində "Qarabağ" "Neftçi"ni (5:0), "Zirə" "Turan Tovuz"u (2:1), "Sabah" isə "Araz-Naxçıvan"ı (1:0) məğlub edib. "Kəpəz" - "Sumqayıt" qarşılaşmasında qalib müəyyənləşməyib - 1:1.
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.