AZ

Göyçayda mağazalarda xeyli sayda kəsici-deşici alət aşkarlandı – FOTOLAR

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları kəsici-deşici alətlərin satışının qarşısının alınması  istiqamətində tədbirlər həyata keçiriblər.

Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan KONKRET.az-a verilən məlumata görə, şəhər ərazisində yerləşən 4 mağazadan ümumilikdə 82 ədəd xəsarət yetirmək təyinatına malik, satış üçün nəzərdə tutulan bıçaq və digər kəsici-deşici alətlər aşkar olunaraq götürülüb.

Maddi sübut kimi götürülən həmin soyuq silahlarla bağlı müvafiq ekspertizalar təyin olunub, araşdırmalar davam etdirilir.

Göyçayda

Göyçayda

Göyçayda

Seçilən
93
6
konkret.az

5Mənbələr