AZ

ABŞ-də 2500 nəfər saxlanıldı

ABŞ universitetlərində Fələstinə dəstək nümayişləri zamanı təxminən 2500 nəfərin saxlanıldığı bildirilib.

525.az xəbər verir ki, aprel ayından bəri şəhərciklərdə keçirilən nümayişlərdə saxlanılanların sayının təxminən 2500 nəfər olduğu təxmin edilir. Belə ki, gələn həftə ABŞ-də universitetlərdə keçirilməsi planlaşdırılan buraxılış mərasimlərinə baxmayaraq, Fələstinə dəstək nümayişlərinin davam edəcəyi gözlənilir.

Müdaxilələrə baxmayaraq, həftə sonu ölkə daxilində nümayişlər davam edib.

Qeyd edək ki, ötən gün Çikaqodakı DePaul Universitetində Fələstini dəstəkləyən tələbələrlə, onların əleyhinə olan etirazçılar arasında gərginlik yaşanıb.

Məhəmməd Tağıyev






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
1
525.az

5Mənbələr