AZ

3751 metr hündürdəki “Heydər zirvəsinə Azərbaycan bayrağı və DTX-nın emblemi yerləşdirilib

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bir qrup əməkdaşı Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsində 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə yürüş edib. DTX-nın mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, bu ənənəvi yürüş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının  101-ci ildönümü münasibətilə təşkil olunub. Yürüş iştirakçıları mürəkkəb relyef və sərt iqlim şəraitində qabaqcadan müəyyən olunmuş marşrut üzrə hərəkətlərini davam etdirərək, təyin olunmuş vaxtda “Heydər zirvəsi”nə qalxıblar: "Ümummilli Liderin barelyefi önündə dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad etdikdən sonra orada Azərbaycan Bayrağını ucaldıb, DTX-nin adı və emblemi əks olunan plakatı yerləşdiriblər". Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
186
38
bizimyol.info

10Mənbələr