AZ

Güləş üzrə beynəlxalq hakimlərimizin sayı 25-ə çatdı

Samil Fəttayev və Elxan Həmidzadənin sayəsində Azərbaycanın güləş üzrə beynəlxalq kateqoriyalı hakimlərinin sayı artıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Rumıniyada keçirilən güləş hakimlərinə aid imtahanların yekunlarına əsasən, 2 milli dərəcəli referimiz beynəlxalq kateqoriyaya sahib çıxıb. Belə ki, Samil Fəttayev və Elxan Həmidzadə 3-cü dərəcəli beynəlxalq hakim statusuna yiyələniblər. Bununla da beynəlxalq kateqoriyalı hakimlərimizin sayı 25-ə çatıb.

Xatırladaq ki, Azərbaycanın I-S dərəcəli 2, 1-ci dərəcəli 10, 2-ci dərəcəli 6, 3-cü dərəcəli 7 güləş hakimi var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
7
arena.az

10Mənbələr