AZ

Sərnişinin qapıya müdaxiləsinə görə qatar xətdən çıxarıldı

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarın bir vaqonunun qapılarında sərnişin müdaxiləsi nəticəsində nasazlıq yaranıb.

Bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, “28 May” stansiyasında maşinist vaqon qapılarına baxış keçirib və qatarın sərnişinlər düşürülməklə xətdən çıxarılması zərurəti yaranıb. Nəticədə, qatar stansiyanı sərnişinsiz olmaqla, altı dəqiqə yubanma ilə tərk edib.

Əks istiqamətdən xəttə ehtiyat qatar verilib.

Hazırda qatarlararası intervalın bərpa edilməsi istiqamətində tədbirlər görülür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
11
baku.ws

10Mənbələr