Azərbaycan II Liqasında 2023-24 mövsümünün çempionu bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, “Baku Sportinq” çempionatın 24-cü turunda səfərdə “Qusar” komandasını 2:1 hesabı ilə məğlub etməklə sona iki tur qalmış çempionluğunu rəsmiləşdirib.
Hazırda ikinci pillədəki “Cəbrayıl”dan 6 xal irəlidə olan paytaxt təmsilçisi qarşıdakı iki görüşdə məğlub olsa belə, Qarabağ klubu ilə aralarındakı oyunlarda qalib gəldiyi üçün vaxtından əvvəl çempionluğu bayram edib.