AZ

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi cəhdi Qərbin çeşidli planlarındandır - Sahil Kərimli

Bakı. Trend:

Hazırda Gürcüstanda baş verən hadisələr ABŞ və Avropa siyasidairələrinin təxribatıdır. Məqsəd Gürcüstanda, ümumiyyətlə, CənubiQafqazda sabitliyi pozmaqdır.

Trend xəbər verir ki, bu sözləriAZƏRTAC-a açıqlamasında siyasi şərhçi Sahil Kərimli söyləyib.

S.Kərimli bildirib: “Qərb bununla aydın şəkildə göstərir ki,Cənubi Qafqaz üzərindən Rusiyaya qarşı ikinci cəbhə açmaq istəyirvə Gürcüstanı Ukraynaya çevirmək planları artıq işə salınıb.

Sirr deyil ki, ABŞ uzun illərdir Gürcüstanda ictimai-siyasiproseslərə ciddi təsir imkanlarına malik olub. Rekord saydaqeyri-hökumət təşkilatı yaratmaq və maliyyələşdirməklə QərbGürcüstanda öz istəklərinə cavab verən şəbəkə qura bilib. Gürcüstancəmiyyətində çaxnaşma yaradılması, Avropa İttifaqına inteqrasiyaadı ilə gürcü xalqının narkomaniyaya sürüklənməsi, milli dəyərlərintapdanması kimi mənfi təzahürlər göz önündədir. Aydın məsələdir ki,bütün bunlar Gürcüstanın müstəqil və suveren ölkə kimi varlığınıtəhlükə altında qoyur”.

Siyasi şərhçinin fikrincə, heç də uzaq olmayan keçmişə nəzərsalsaq görərik ki, Qərb eyni məkrli planları illər əvvəl Ukraynaüzərindən də həyata keçirmişdi və hazırda Kiyevin acı taleyi gözönündədir. Ümumiyyətlə, ABŞ Cənubi Qafqazda hegemonluq etmək üçünbütün imkanlarını səfərbər edib. Hazırda regionumuzun zəif bəndiolan Ermənistana təsirlər göstərilir və İrəvan sülh prosesindənuzaqlaşdırılır. Ermənistanın Azərbaycanla yeni hərbi qarşıdurmalarasürüklənməsi və bununla da rəsmi Bakıya siyasi təzyiqlər cəhdiQərbin çeşidli planlarındandır.

“Azərbaycan daim müstəqil və milli maraqlara əsaslananqətiyyətli siyasət yürütdüyündən ABŞ və Avropa ölkəmizə qarşıplanlarında uğur qazana bilməyib. Belə olduqda, Ermənistandan alətkimi istifadə edilib. Paralel olaraq Gürcüstanda təhlükəlissenarilər həyata keçirilir. Hazırda gürcü xalqı baş verənləriyaxşı anlayır və gələcək onilliklər üçün öz müqəddəratınımüəyyənləşdirir. Əminliklə söyləmək olar ki, Gürcüstan cəmiyyətininhaqlı müqaviməti gec-tez ABŞ və Avropanın bölgəmizdən qovulması ilənəticələnəcək. Əgər Qərbin Cənubi Qafqaz üzərindən oyunları tam dəfedilərsə, şübhəsiz ki, bölgəmizdə uzunmüddətli və dayanıqlı sülhəldə olunar, region ölkələri sabitlik, rifah içində inkişafa doğruirəliləyər”, - deyə Sahil Kərimli vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
7
az.trend.az

7Mənbələr