"Mançester Yunayted"in heyətində növbəti ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, müdafiəçi Harri Maquayr sıradan çıxıb.
İngiltərəli futbolçu məşq zamanı əzələsindən zədə alıb. 31 yaşlı arxa xətt oyunçusu 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Maquayrın zədələnməsi ilə "Mançester Yunayted"də zədəsi olmayan mərkəz müdafiəçisi qalmayıb. Digər stoperlər Lisandro Martines, Viktor Lindelöf, Rafael Varan, Conni Evans və Villi Kambval da zədəlidir.