AZ

“Kür” və “Bakı”dan növbəti qələbə

Kişi həndbolçuların Azərbaycan çempionatında 19-cu tura Bakıda start verilib.

Futbolinfo.az xəbər verir ki, “AHF Arena”da keçirilən turun mərkəzi oyununda “Azəryol”la “Kür” üz-üzə gəlib.

Qarşılaşma “Kür”ün qələbəsi ilə bitib – 31:22. Bu qələbə ilə xal ehtiyatını 28-ə çatdıran Mingəçevir təmsilçisi çempionluq yolunda daha bir inamlı addım atıb.

Daha bir maraqlı qarşılaşma “Bakı” və “Qarabağ” komandaları arasında baş tutub. Oyun paytaxt klubunun qəlibiyyəti ilə bitib – 30:23.

Hesabına 26-cı xalı yazdıran “Bakı” çempionluq uğrunda mübarizəni davam etdirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
157
6
futbolinfo.az

8Mənbələr