AZ

Firon III Tutmosun kral iqamətgahının xarabalıqları aşkar edilib

Misirşünaslar Sinay yarımadasının şimal hissəsində istirahət evinin xarabalıqlarını aşkar ediblər. Burda müvəqqəti olaraq qədim Misir qoşunları və bəlkə də Firon III Tutmosun hakimiyyəti dövründə və ya təxminən eramızdan əvvəl 1479-cu ildən 1425-ci ilə qədər kral ailəsi yerləşmiş ola bilər.

Herbiand.az xəbər verir ki, qədim Misir hökmdarları Şərqi Aralıq dənizində tez-tez hərbi yürüşlər aparırdılar. Misir qoşunlarının bu bölgəyə çatmaq üçün getdiyi yollardan biri də Sinay yarımadası idi.

“Ehtimal ki, binanın memarlıq tərtibatı və içərisində saxsı qab qırıqlarının az olması səbəbindən bina kral iqamətgahı kimi istifadə edilib”, - Misirin Turizm və Qədim Əsərlər Nazirliyinin bəyanatında deyilir.

Binada iki düzbucaqlı dəhliz və onlardan ayrılan bir neçə otaq var. Binadan tapılan heroqlif yazısı istirahət evinin III Tutmosun hakimiyyəti dövrünə aid olduğunu göstərir. İstirahət evi 21-ci sülalə (e.ə. 1070-945-ci illər) ilə 26-cı sülalə (e.ə. 688-525) və ya III Tutmosun hakimiyyəti dövründən qalma qəbiristanlığın yeri olan Tel-Habvedə yerləşir.

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
1
herbiand.az

3Mənbələr