AZ

Pərviz Qasımovun daha bir BÖYÜK UĞURU: Avropa ÇEMPİONU oldu

Televiziya Muğam Müsabiqəsi, Beynəlxalq Muğam Müsabiqəsi, həmçinin Özbəkistanda keçirilən “Şərq təranələri” festivalının qalibi, laureatı olan, Prezident təqaüdçüsü Pərviz Qasımov idmanda daha bir böyük uğura imza atıb.

Musavat.com xəbər verir ki, Pərviz Qasımov İspaniyanın Barselona şəhərində keçirilən bodibildinq yarışında 1-ci yerə çıxaraq çempion olub və bayrağımızı qaldırıb.

Qeyd edək ki, bundan əvvəl Pərviz Qasımov Bakıda keçirilən bodibildinq yarışında 1-ci yerə çıxaraq mütləq çempion olmuşdu.

3 çəki üzrə çıxış edən Pərviz Qasımov bütün dərəcələrdə birinci yerə çıxmışdı

Qeyd edək ki, Pərviz Qasımov hazırda Milli Konservatoriyada müəllim vəzifəsində çalışır.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
1

1Mənbələr

Şərh ()
Bağla