AZ

Avstraliya nümayəndə heyəti Azərbaycana səfər edib

Avstraliya Federal Parlamentində yeni təsis olunmuş Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Rik Vilsonun rəhbərlik etdiyi nümayəndə heyəti VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə Azərbaycana səfər edib.Səfirlikdən Missiya.Az-a verilən məlumata görə, səfər zamanı nümayəndə heyəti Azərbaycanın əsas rəsmi şəxsləri, o cümlədən Azərbaycan Milli Məclisinin Beynəlxalq və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Azərbaycan-Avstraliya Dostluq Qrupunun sədri Asim Mollazadə ilə müzakirələr aparmışdır. Müzakirələrin əsas məqsədi hər iki ölkənin qanunverici orqanları arasında qarşılıqlı əməkdaşlıq imkanlarının araşdırılması olub. Ölkənin təbii sərvətlərinin demək olar ki böyük hissəsinin, xüsusilə neft, qaz və mədən sənayesinin yerləşdiyi Qərbi Avstraliya ştatını təmsil edən Rik Uilson səfəri zamanı Avstraliya və Azərbaycan arasında iqtisadi əməkdaşlığa daha çox diqqət yetirmişdir. Səfər müddətində nümayəndə heyəti Azərbaycanın müxtəlif dövlət qurumlarında, o cümlədən Xarici İşlər, Kənd Təsərrüfatı, AZPROM və Turizm nazirlikləri ilə çoxsaylı görüşlər keçirib.Müzakirələr hər iki iqtisadiyyatda enerji ixracından asılılığın azaldılması və qeyri-neft sektorlarının şaxələndirilməsi ətrafında aparılıb. Avstraliya və Azərbaycan arasında iqtisadi xüsusiyyətlərdə kifayət qədər oxşarlıqlar nəzərə alınaraq, idxal-ixrac, kənd təsərrüfatı və turizm sektorlarında əməkdaşlıq imkanlarının araşdırılması üçün birgə səy göstərilib. Belə ki, aparılan görüşlərin əsas məqsədi hər iki ölkənin ortaq maraqlarından çıxış edərək iqtisadi dayanıqlığı və inkişafı gücləndirmək olub.Missiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
3
missiya.az

4Mənbələr