AZ

“İnnoMEDİA” layihəsi çərçivəsində növbəti görüşlər keçirilib - FOTO

Medianın İnkişafı Agentliyi tərəfindən həyata keçirilən və davamlı xarakter daşıyan “İnnoMEDİA” layihəsi çərçivəsində növbəti görüşlər keçirilib.

Tehsil.biz xəbər verir ki, Medianın İnkişafı Agentliyinin Media dəstək layihələri və strateji planlaşdırma şöbəsinin müdiri Ləman İsgəndarova Agentlik tərəfindən reallaşdırılan rəqəmsal layihələr, müasir dövrdə mediada müşahidə edilən tendensiyalar və ehtiyaclara uyğun həyata keçirilən inkişaf proqramları, mediada innovasiyaların təşviqi üçün yaradıcı düşünmə texnikaları haqqında ətraflı məlumat verib.

Layihə çərçivəsində digər görüş isə hərbi jurnalist Fərdin İsazadə ilə “fake nyus”la mübarizə və təhlükəsizlik məsələləri, mobil jurnalistika mövzularında keçirilib. İştirakçılara hərbi əhəmiyyətli məlumatların paylaşılması qaydaları izah edilib, Vətən müharibəsi dövründə hərbi jurnalistlərin fəaliyyəti və  müharibə ilə bağlı hazırlanan qısametrajlı filmlər barədə interaktiv müzakirələr aparılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
158
3
tehsil.biz

4Mənbələr