Yarış "Təhsil" RİM-in 3 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq gənclər idman şahmat məktəbinin şahmat zalında keçirilib. 97 nəfərin mübarizə apardığı turnirdə 3 (I,II,III) dərəcə üzrə şahmatçılar iştirak ediblər.
Gərgin idman mübarizəsi şəraitində keçirilən yarışda hər dərəcə üzrə ilk 3 yeri tutan şahmatçılar qalib olub. III dərəcə uğrunda mübarizədə 2 iştirakçı eyni xalı topladığına görə hər ikisi 3-cü yerə layiq görülüblər.
Qalibləri təqdim edirik: I dərəcə üzrə qaliblər - I YER: Murad Rzayev; II YER: Kənan İmranlı; III YER: Məhəmməd Səfərli; II dərəcə üzrə qaliblər - I YER: Tofiq Hacıseyidov; II YER: Yunis Ömər; III YER: Said Əlizadə; III dərəcə üzrə qaliblər- I YER: Fateh Mirzə; II YER: Mehman Abdulqədirli; III YER: Hüsniyyə Qayıbova və Samir Əhmədov.