AZ

İstehsal ilə məşğul olan sahibkarlara dəstək – KOB Model Müəssisəsi

Bakı. Trend:

İstehsal ilə məşğul olan KOB subyektlərinin inkişafınadəstək məqsədilə bu ilin mart ayında daha bir dəstək mexanizminintətbiqinə başlanılıb. Azərbaycan Texniki Universitetində (AzTU)sahibkarların istifadəsinə verilmiş KOB Model Müəssisəsinin işi,biznes üçün faydası barədə suallarımızı Kiçik və Orta Biznesinİnkişafı Agentliyinin (KOBİA) şöbə müdiri Elməddin Hacıyevcavablandırıb.

Model müəssisə nədir?

Model müəssisə - kiçik və orta sənaye müəssisələrinin səmərəlivə rəqabətqabiliyyətli olmasına imkan verəcək qənaətli idarəetməüsullarına əsaslanan tədris və təcrübə mərkəzidir. Modelmüəssisənin məqsədi yalnız müəssisələrdə səmərəli və qənaətliistehsalın təşviqi deyil, həm də mümkün qədər çox kiçik və ortabiznes subyektlərini təlim və layihələrin həyata keçirilməsisahəsində məsləhət dəstəyi ilə təmin etməklə qənaətlitransformasiya prosesinin genişləndirilməsidir. Bu istiqamətdəmodel müəssisə tədris-təcrübə mərkəzi kimi fəaliyyət göstərir.Model müəssisənin imkanlarından faydalanan KOB subyektlərininmühəndisləri və texniki heyəti qənaət üsullarını təcrübə əsnasındaöyrənir və bu metodları öz şirkətlərində tətbiq edirlər. Bu isə həmişçilərin, həm də şirkətin məhsuldarlıq və rəqabətqabiliyyətliliküzrə bacarıqlarını artırır.

Bu ilin mart ayında Azərbaycan Texniki Universitetində (AzTU)fəaliyyətə başlamış KOB Model Müəssisə də eyni məqsədlə yaradılıb.Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindənbeynəlxalq təcrübə araşdırılmaqla yaradılmış KOB Model Müəssisədəilkin planlaşdırmadan başlayaraq müəssisənin qurulmasına qədər realbiznes prosesini əyani müşahidə etmək mümkündür. “Görmə, eşitmə vəicra etmə” konsepsiyası əsasında fəaliyyət göstərən Model Müəssisəzəruri avadanlıqlarla təchiz olunub ki, bu da nəzəri biliklərintəcrübədə sınaqdan keçirilməsinə, müasir texnoloji avadanlıqlarınfəaliyyətini əyani görməyə, istehsal prosesində resursa, vaxta vəxərclərə qənaət üsullarını öyrənməyə imkan verir.

Model müəssisələrin digər mərkəzlərdən fərqinədir?

Model müəssisənin biznesin səmərəliliyini vərəqabətqabiliyyətini artırmaq üçün formalaşdırılmış digərmərkəzlərdən əsas fərqi onların tədbiqi təcrübə əsasında öyrənməüsullarından istifadə etməsidir. Burada nəzəriyyə və praktikitədris proqramının birləşdirilməsi nəticəsində bilik və səriştəqazanılmasının qalıcı olması hədəflənir. Model müəssisədə tədrisolunan nəzəri və praktiki təlimlər şirkət nümayəndələrinəöyrəndiklərini real iş mühitində tətbiq etmək imkanı verir.

Model müəssisənin təlim və proqramlarından sahibkarlarhansı faydanı əldə edirlər?

Model müəssisədə tədris olunan təlim proqramı bir neçə moduldanibarət olmaqla, qənaətli istehsal, resurslardan və xammaldansəmərəli istifadə, hazır məhsulun düzgün saxlanılması, istehsalprosesinin və vaxtın optimallaşdırılması, işçi qüvvəsinin istehsalprosesində bərabər paylaşdırılması və s. mövzuları əhatə edir. KOBModel Müəssisənin təlimçiləri tərəfindən “Kaizen”, “Six Sigma”,“5S”, “ΚΡΙ-ΚΑΙ” və s. kimi strategiya və modellərə dair mövzulartədris olunur və tətbiqi sınaqdan keçirilir.

Aydın təsəvvürün formalaşması üçün KOB Model Müəssisəsindətədris olunan bir sıra mövzular üzərində dayanmaq istərdim.Məsələn, mərkəzdə 5S strategiyası tədris olunur. Bu strategiya işyerinin səmərəliliyini artıran və tullantıların aradanqaldırılmasına kömək edən istehsal alətidir. 5S-ə daxil olan hərbir element müəssisədə işin gecikməsi və ya planlaşdırılmamış vaxtitkisi səbəbindən məhsuldarlığın azalmasının qarşısını alır.

Mərkəzdə sahibkarlara “Six Sigma” da tədris olunur. Bu, prosesindəyişkənliyini azaltmaq və şirkət tərəfindən təqdim olunan məhsulvə ya xidmətlərin keyfiyyətini yaxşılaşdırmaq məqsədi daşıyanmetodoloji yanaşma və davamlı təkmilləşdirmə strategiyasıdır. Bustrategiyanın tətbiqinin dünyanın bir çox şirkətində keyfiyyətinyaxşılaşdırılması, xərclərin azaldılması və müştəri məmnuniyyətininartırılmasında effektivliyi sübut edilib.

Və ya “Kaizen” sistemini götürək. Bu sistemin mahiyyətiistehsalat sektorunda xətaları azaltmaq, itkiləri aradan qaldırmaq,məhsuldarlığı artırmaq, işçiləri məqsədli olmağa və hesabat verməyəhəvəsləndirmək, yenilikləri tətbiq etməkdir.

KOB Model Müəssisədə təlim və praktiki tədbiq vasitəsiləistehsal müəssisələrinə yalın istehsal və onun alətlərininöyrədilməsi ilə yalın istehsal mədəniyyətinin əsası da qoyulur.Bununla da bütün işçilərə problem həll etmə mədəniyyəti aşılanır,məhsul və xidmətlərin formalaşdırılması prosesində itkilər aradanqaldırılır, təklif olunan dəyər azaldılmaqla şirkətin gəlirliliyiartır. Yalın istehsal vasitələrindən biri olan “Poka-yoke”texnikası da model müəssisədə tədris olunan üsullardandır. Buüsulun tətbiqi müəssisədə səhvlərin qarşısını əvvəlcədən almağa,beləliklə də qüsurlu məhsulların miqdarının azalmasına və müştəriməmnuniyyətinin yüksəlməsinə imkan verir.

Təlimləri uğurla tamamlamış və müvafiq biliklərə yiyələnmişşirkət nümayəndələrinə sonrakı mərhələlərdə də Model Müəssisəninheyəti və təlimçiləri tərəfindən dəstək davam etdirilir.

Təlimçilər kimlərdir?

Model müəssisədə təlim və məsləhət xidmətləri bu proses üçüncəlb olunmuş xüsusi komanda tərəfindən həyata keçirilir. Ancaqqarşıdakı dövrdə prosesə AzTU-nun akademik heyəti, iş dünyasınıntəcrübəli ekspertlərinin cəlb olunması da nəzərdə tutulur.

Praktiki təlimlər model müəssisənin təlim zallarında və istehsalsahəsində keçirilir. Əlavə təlim və məsləhət xidmətləri isəmüəssisələrin öz sahələrində təşkil olunur.

İndiyədək nə qədər sahibkar KOB Model Müəssisəninimkanlarından faydalanıb?

Fəaliyyətə başladığı gündən indiyədək sənaye sahəsində fəaliyyətgöstərən 20 sahibkar və ya onların əməkdaşları model müəssisəninimkanlarından faydalanıblar.

KOB Model Müəssisənin fəaliyyətindən gözlənilənnəticələr nələrdir?

Qeyd etdiyimiz kimi model müəssisə digər konsultasiyamodellərdən və nəzəri təlimlərdən fərqli olaraq tərkibində praktikiöyrənmə prosesini ehtiva edir. Məşhur filosof Konfutsinin dediyikimi, “Mənə desən unudaram, mənə öyrətsən xatırlayaram, məni işəcəlb etsən öyrənərəm” sözlərinə uyğun olaraq, model müəssisə dəbütünləşmiş tətbiqi tədris metodologiyasını dəstəkləyir.

İştirakçı şirkət nümayəndələri öyrəndiklərini dərhal sonramüəssisədə tətbiq edirlər. Onlar model fabrik mentorlarınınnəzarəti altında öz bizneslərində yalın istehsal alətləri və yaəməliyyat səmərəliliyi alətlərini tətbiq etməklə səriştəli şəxslərəçevrilirlər. Praktiki öyrənmə prinsiplərinə əsaslanan KOB ModelMüəssisə insanların təcrübi öyrənmə səriştələrini davamlı edərəkuzunmüddətli perspektivdə onların bacarıqlarını və nailiyyətləriniartırmasını hədəfləyir.

Model Müəssisənin xidmətləri ödənişlidirmi?

KOB Model Müəssisə tərəfindən sahibkarlara göstərilən bütünxidmətlər, o cümlədən təlim, məsləhət xidmətləri ödənişsizdir. Qeydetdiyimiz kimi KOB Model Müəssisə sahibkarlara dəstək məqsədiləyaradıldığı üçün biznes subyektlərindən heç bir ödəniş tələbolunmur.

KOB Model Müəssisəsinin imkanlarından kimlər istifadəedə bilər və bunun üçün hara müraciət etmək lazımdır?

Model müəssisənin xidmətlərindən istifadə etmək istəyənsahibkarlıq subyektləri istehsalat ilə məşğul olmalı, istehsalatdavə istehsalatın idarə edilməsində müasir biliklərə yiyələnmək vətətbiq etmək istəyində olmalıdırlar.

KOB Model Müəssisənin imkanlarından faydalanmaq istəyənsahibkarlar KOBİA-ya, eləcə də model müəssisənin sosial mediahesabları vasitəsilə müraciət etməlidir. KOBİA-ya daxil olanmüraciətlər müvafiq bazaya əlavə edilir və tələblərə cavab verənsahibkarlar təlim proqramına uyğun olaraq mərhələli şəkildətəlimlərə cəlb olunurlar.

Model Müəssisə tərəfindən keçirilən təlimlərdə sahibkarlarlayanaşı, aidiyyəti ixtisaslar üzrə təhsil alan tələbələr və bufənləri tədris edən müəllimlər də iştirak edə bilərlər.

İstehsal
İstehsal
İstehsal
İstehsal
İstehsal
İstehsal
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
6
az.trend.az

6Mənbələr