AZ

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib.
Elchi.az xəbər verir ki, Keniyada daşqın fəlakəti can almaqda davam edir.
Rəsmilər Hidayə qasırğasının yaxınlaşması ilə bağlı xəbərdarlıq edib və qasırğanın sahilyanı bölgə üçün təhlükə yaratdığını qeyd ediblər.
Qarşıdakı günlərdə güclü yağış və güclü küləyin güclənəcəyini bildirən səlahiyyətlilər vətəndaşları diqqətli olmağa və təxliyyə işlərini sürətləndirməyə çağırıb.
Hökumət sözçüsü İsaak Mvaura deyib: “Biz son 24 saatda 7 böyük və 2 uşaq daxil olmaqla 9 nəfərin ölümü ilə bağlı yas saxlayırıq və bununla da ölkə üzrə daşqınlar nəticəsində ölənlərin ümumi sayı 228-ə çatıb”. dedi.
Mwaura 164 nəfərin yaralandığını, 72 nəfərin itkin düşdüyünü, 212 min 630 nəfərin sel və daşqınlar səbəbindən evlərini tərk etmək məcburiyyətində qaldığını bildirib.
Qeyd olunub ki, seldən zərər çəkmiş ərazilərdə axtarış-xilasetmə işləri davam etdirilir.
Tanzaniyada, Tanzaniya Meteorologiya Agentliyi Hidayanın artıq ölkə üçün təhlükə yaratmadığını açıqladı.
Qasırğanın sahilyanı ərazilərdə normadan qat-qat artıq yağışlara səbəb olduğu, lakin tələfat və dağıntı olmadığı bildirilib.
Keniya prezidenti Uilyam Ruto Milli Gənclik Xidmətinə daşqınlardan zərər çəkənlər üçün müvəqqəti düşərgə kimi istifadə ediləcək torpaqların ayrılması barədə göstəriş vermişdi.
Keniya da daxil olmaqla Tanzaniya, Burundi və Konqo Demokratik Respublikası kimi Şərqi Afrika ölkələri güclü yağışların yaratdığı daşqınlardan mənfi təsirlənir.Şayəstə Hüseynova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
2
elchi.az

3Mənbələr