AZ

“Ortaq türk əlifbası” layihəsi üzrə işlər nə yerdədir?

Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin mütəxəssisləri tərəfindən "Ortaq türk əlifbası"nın layihəsi hazırlanıb.

Milli.Az xəbər verir ki. bu barədə Trend-in sorğusuna cavab olaraq, Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, hazırda layihə üzərində işlər davam etdirilir.

"Beynəlxalq Türk Akademiyası tərəfindən hazırlanmış "Türk dünyasının coğrafiyası" və "Ortaq türk ədəbiyyatı" tədris vəsaitlərinin layihələri üzrə işlər davam etdirilir. Hazırda Akademiyada fənn üzrə mütəxəssislərin dərslik layihələrinə dair rəy və təkliflərinə baxılır", - nazirlikdən əlavə edilib.

Xatırladaq ki, nazirlik tərəfindən bildirilib ki, həmin dərsliklərin tam orta təhsil pilləsin üzrə seçiləcək pilot məktəblərdə dərsdənkənar məşğələlərə ayrılan saatlardan bir saatı dərs cədvəlinə daxil edilməklə tədrisi planlaşdırılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
3
milli.az

4Mənbələr