AZ

“Real” Korkmazla müqavilə imzalamağa yaxındır

Madrid “Real”ı azad agent statusunda olan Furkan Korkmazla maraqlanır. MBA-da “Filadelfiya Siksers”də çıxış edən türk basketbolçu Avropaya qayıtmağa yaxındır.

Bu mövsüm liqada 35 oyunda meydana çıxan Furkanın göstəriciləri 2,5 xal, 0,9 ribaund və 0,7 asist təşkil edib. Türkiyə millisinin üzvü MBA-da istənilən formanı nümayiş etdirə bilmədiyindən oyun praktikasının azlığından narazıdır.

Xatırladaq ki, Madrid komandası 3 oyunda “Baskoniya”nı mübarizədən kənarlaşdıraraq “Dördlər finalı”na vəsiqəni təmin edib.

Seçilən
88
futbolinfo.az

1Mənbələr