AZ

Dövlət Komitəsindən 17 yaşlı qızın nişan mərasiminə REAKSİYA

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 5 may 2024-cü il tarixdə daxil olmuş məlumatda Xaçmaz rayon sakini 2007-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan üçün nişan mərasiminin təşkil edilməsi öz əksini tapıb.

 

Modern.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin böyük məsləhətçisi Təranə Piriyeva deyib. O bildirib ki, məsələ dərhal nəzarətə götürülüb, Xaçmaz Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya rəsmi məktubla müraciət edilib, işçi qaydada danışıqlar aparılıb.

 

"Yetkinlik yaşına çatmayanın hüquqlarının müdafiəsi məqsədilə hər iki ailə ilə məsələ ətrafında profilkatik söhbətlər aparılıb, erkən nikahın yaradacağı fəsadlar və hüquqi məsuliyyəti barədə hər iki ailə məlumatlandırılıb. Eyni zamanda, məsələ hüquq mühafizə orqanları tərəfindən nəzarətə götürülüb" - deyə Komitə rəsmisi bildirib.(APA)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
145
4
modern.az

5Mənbələr