AZ

Region Liqasının yarımfinal mərhələsinin təqvimi açıqlandı

AFFA Region Liqasının 2023/2024 mövsümünün yarımfinal mərhələsi çərçivəsində keçiriləcək oyunların təqvimi müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, bu mərhələnin hər iki oyunu mayın 12-də, saat 18:00-da keçiriləcək.

“ASK Arena”da “Göyəzən” “Şimal”la, “Bayıl Arena”da isə “Hypers” “Ümid”lə finala vəsiqə qazanmaq uğrunda üz-üzə gələcəklər.

Qeyd edək ki, AFFA Region Liqasının final matçı mayın 24-də Şamaxı şəhər stadionunda keçiriləcək. Həlledici oyuna saat 16:00-da start veriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
353
16
arena.az

10Mənbələr