AZ

Mirzoyan Ceyhun Bayramovla Almatı görüşündən gözləntiləri AÇIQLADI

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Almatıdakı danışıqlarda İrəvan və Bakının öhdəliklərinin yazılı şəkildə qeydə alınacağına ümid etdiyini bildirib.
 

Viral.az xəbər verir ki, bunu Ararat Mirzoyan azərbaycanlı həmkarı Ceyhun Bayramovla mayın 10-da Almatıda keçiriləcək görüşü barədə danışarkən deyib.
 

“Biz inanırıq ki, Almatıda danışıqlar zamanı Azərbaycanla öhdəliklərimizi müzakirə etmək və onları yazılı şəkildə qeyd etmək imkanı olacaq”, – Mirzoyan Macarıstanın xarici işlər naziri Peter Szijarto ilə keçirdiyi mətbuat konfransında deyib.
 

O, həmçinin danışıqların “irəli addım” olacağına, “hər iki tərəfin öz öhdəliklərinə sadiq qalacağına”, işçi qrupların Ermənistan və Azərbaycan üçün vacib olan məsələlərin təfərrüatlarını müzakirə etməyə davam edəcəyinə ümidli olduğunu söyləyib.
 

Mirzoyan onu da qeyd edib ki, Ermənistan Almatıdakı danışıqlarda Azərbaycanla iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması məsələsini müzakirə etməyi gözləyir.
 

“Hər iki ölkənin marağı ən mühüm mövzular arasında Almatı müqaviləsi çərçivəsində bir-birinin ərazi bütövlüyü və suverenliyini qarşılıqlı şəkildə tanıması məsələsini müzakirə etməkdir”.
 

Onun sözlərinə görə, ikitərəfli komissiyalar sərhədlərin delimitasiyası ilə bağlı detalların müzakirəsini davam etdirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
4
viral.az

5Mənbələr