AZ

Gəray Gəraybəyli 110 min manata yeni avtomobil sifariş verdi

Azərbaycan Tibb Universiteti (ATU) yeni avtomobil alır. İqtisadiyyat.az xəbər verir ki, ali təhsil müəssisəsi yeni istehsallı bir ədəd Toyota Avalon limited (2.5 hibrid) markalı avtomobil sifariş edib.

 

Həmin avtomobili universitetə "Toyota Absheron Mərkəzi" təhvil verəcək.

 

Artıq universitetlə adıçəkilən avtomobil satış mərkəzi arasında müqavilə də bağlanıb. Müqavilənin dəyəri 110 300 manatdır.

 

Qeyd edək ki, ATU-nun rektoru professor Gəray Gəraybəylidir.

Tarix: 6 May 2024, 13:49   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
6
pravda.az

8Mənbələr