AZ

Ceyhun Bayramov Mirzoyanla Almatıda nəyi müzakirə edəcək? - DETALLAR AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri (Ceyhun Bayramov və Ararat Mirzoyan) mayın 10-da Almatıda danışıqlar aparacaqlar.

Bizim.Media xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyi görüşlə bağlı bəzi detalları açıqlayıb.

Mənbə qeyd edir ki, İrəvan Almatıda Bakı ilə iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması məsələsini müzakirə etmək niyyətindədir.

Gündəliyə iki ölkə arasında öhdəliklərin yazılı təsdiqi, regionda nəqliyyat infrastrukturunun və ticarət yollarının açılması da daxildir.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
2
bizim.media

5Mənbələr