AZ

Formula 1: Mayami qran-prisini Lando Norris qazandı

Bu gün Formula 1 üzrə dünya çempionatında 2024-cü il mövsümünün növbəti mərhələsi – 6-cı qran-prisi baş tutub.

Arena.az xəbər verir ki, budəfəki qran-pri Amerika Birləşmiş Ştatlarında təşkil olunub.

Florida ştatının Mayami şəhərində keçirilən yarış “Maklaren”in pilotu Lando Norrisin qələbəsiylə yekunlaşıb. Britaniyalı pilot 57 dövrəlik yarışı 1:30:49.876 göstərici ilə ilk sırada bitirib.

Qeyd edək ki, Lando Norris karyerasında ilk dəfə mərhələ qalibi olub. Əvvəllər onun ən yaxşı göstəricisi ikinci yeri tutmaq olmuşdu.

Ötən mövsümün çempionu, “Red Bull”un üzvü Maks Ferstappen bu yarışda 2-ci yeri tutub. “Ferrari”nin uğurları üçün çalışan isə Şarl Lekler isə Mayamidə üçüncü olub.

6 turdan sonra 136 xala malik Maks Ferstappen vahid liderdir. Serxio Peres 103 xalla 2-ci sırada qərarlaşıb. Şarl Lekler (“Ferrari”) 98 xalla üçüncüdür.

Mühəndislər Kubokunda da “Red Bull” 239 xalla vahid liderdir. “Ferrari” 187 xalla ikinci, “Maklaren” 124 xalla üçüncüdür.

Formula 1 üzrə dünya çempionatında 2024 mövsümünün növbəti – 7-ci qran-prisi İtaliyada keçiriləcək. Sözügedən yarış mayın 19-da İmola şəhərində baş tutacaq.

Dünya çempionatı, 2024

Pilotların yarışında turnir cədvəli:

  1. Maks Ferstappen (Red Bull) – 136
  2. Serxio Peres (Red Bull) – 103
  3. Şarl Lekler (Ferrari) – 98
  4. Lando Norris (Maklaren) – 83
  5. Karlos Sayns (Ferrari) – 83
  6. Oskar Piastri (Maklaren) – 41
  7. Corc Rassell (Mersedes) – 37
  8. Fernando Alonso (Aston Martin) – 33
  9. Luis Hamilton (Mersedes) – 27
  10. Yuki Tsunoda (Rasinq Bulls) – 14
  11. Lens Stroll (Aston Martin) – 9
  12. Oliver Berman (Ferrari) – 6
  13. Niko Hulkenberq (Haas) – 6
  14. Daniel Rikkardo (Rasinq Bulls) – 5
  15. Esteban Okon (Alpin) – 1
  16. Kevin Maqnussen (Haas) – 1
  17. Aleksander Albon (Uilyams) – 0
  18. Jou Quanyu (Zauber) – 0
  19. Pyer Qasli (Alpin) – 0
  20. Valtteri Bottas (Zauber) – 0
  21. Loqan Sarcent (Uilyams) – 0

Mühəndislər Kubokunda xal sıralaması:

  1. Red Bull – 239
  2. Ferrari – 187
  3. Maklaren – 124
  4. Mersedes – 64
  5. Aston Martin – 42
  6. Rasinq Bulls – 19
  7. Haas – 7
  8. Alpin – 1
  9. Uilyams – 0
  10. Zauber – 0
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
197
2
arena.az

10Mənbələr